Free Christian classic ebooks for you to download:
Browse books now

Multilingual Online Bible


Azeri (Northern)
Type your search text here






Choose a Bible


Select book or range
Chapter


Azeri (Northern), Genesis 7

1    Rəbb Nuha dedi: «Sən bütün ailənlə birgə gəmiyə gir, çünki bu bəşər nəsli içində yalnız səni önümdə saleh gördüm.

2    Bütün yer üzündə nəsli kəsilməsin deyə hər pak heyvanın erkək və dişisindən yeddi cüt, hər murdar heyvanın erkək və dişisindən bir cüt götür.

3    Həmçinin göydəki hər quşun erkək və dişisindən yeddi cüt götür.

4    Çünki yeddi gün sonra yer üzünə qırx gün-qırx gecə yağış yağdıracağam və yaratdığım bütün canlıları yer üzündə məhv edəcəyəm».

5    Rəbb Nuha necə əmr etmişdisə, o da hər şeyi eləcə yerinə yetirdi.

6    Yer üzündə daşqın olanda Nuhun altı yüz yaşı var idi.

7    Nuh, onun arvadı, oğulları və gəlinləri daşqından qurtarmaq üçün birlikdə gəmiyə mindilər.

8    Allahın Nuha əmr etdiyi kimi pak və murdar heyvanların, quşların, bütün yerdə sürünənlərin

9    erkək və dişisi cüt-cüt Nuhun yanına gəlib gəmiyə mindi.

10   Yeddi gün sonra yer üzündə daşqın oldu.

11   Həmin gün – Nuhun ömrünün altı yüzüncü ilində, ikinci ayın on yeddinci günü dərinlikdə olan bütün gur su qaynaqları püskürdü və göylərin pəncərələri açıldı.

12   Yer üzünə qırx gün-qırx gecə yağış yağdı.

13   Elə həmin gün Nuh, onun arvadı, oğulları Sam, Ham, Yafəs və üç gəlini gəmiyə mindilər.

14   Onlarla birgə hər növ çöl heyvanı, hər növ ev heyvanı, hər növ yerdə sürünən, hər növ göydə uçan canlı və hər cür quş gəmiyə girdi:

15   həyat nəfəsi olan bütün canlılardan cüt-cüt Nuhun yanına gəlib gəmiyə mindi.

16   Allahın Nuha əmr etdiyi kimi bütün canlılardan erkək və dişi heyvanlar gəmiyə girdilər. Onların dalınca Rəbb gəminin qapısını örtdü.

17   Yer üzündə qırx gün daşqın oldu və su çoxalıb gəmini yerdən yuxarı qaldırdı.

18   Su çox yuxarı qalxıb yer üzünü aldı və gəmi suyun üzündə üzməyə başladı.

19   Su yer üzünü elə tutdu ki, göylər altında olan bütün uca dağlar suya qərq oldu.

20   Su dağların zirvəsindən on beş qulac qalxdı və onları örtdü.

21   Yer üzündə hərəkət edən canlıların hamısı – quşlar, ev heyvanları, çöl heyvanları, yerdə sürünənlər və bütün insanlar məhv oldu.

22   Quruda yaşayan, burnunda həyat nəfəsi olan canlı varlıqların hamısı öldü.

23   Rəbb yer üzündə olan bütün canlıları məhv etdi: insanlardan tutmuş heyvanlara, sürünənlərə və göydəki quşlara qədər hər şey yer üzündə məhv oldu. Yalnız Nuh və onunla birgə gəmidə olanlar sağ qaldı.

24   Yüz əlli gün ərzində su yer üzündə çoxaldı.


Genesis 6    Choose Book & Chapter    Genesis 8

Azeri is spoken by 7,189,000 people: 6,069,000 in Azerbaijan, 366,000 in Russia, 308,000 in Georgia, 161,000 in Armenia, 285,000 elsewhere.

You can also read the same passage in Azeri (Southern) using Persian/Arabic script.

Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). The Holy Bible (Old Testament & New Testament) Azerbaijani Latin. Copyright © 2010 Müqəddəs Kitab Şirkəti (Holy Book Company). Made with permission of the copyright owners.


Licensed to Jesus Fellowship. All Rights reserved. (Script Ver 2.0.2)
© 2002-2021. Powered by BibleDatabase with enhancements from the Jesus Fellowship.