Free Christian classic ebooks for you to download:
Browse books now

Multilingual Online Bible


Azeri (Northern)
Type your search text here






Choose a Bible


Select book or range
Chapter


Azeri (Northern), Psalms 51

1    Məhəbbətinə görə, ey Allah, mənə rəhm et, Bol mərhəmətinə görə qanunsuzluqlarımı sil.

2    Təqsirimi tamamilə yu, Günahımdan məni təmizlə.

3    Çünki qanunsuzluqlarımı bilirəm, Günahım daim gözümün qarşısındadır.

4    Sənə, yalnız Sənə qarşı günah işlətmişəm, Gözündə pis sayılanı etmişəm. Mənə görə çıxarılan hökmündə ədalətlisən, Məni məhkum etməkdə haqlısan.

5    Mən doğulandan bəri günahkaram, Ana bətnindən belə, təqsirkaram.

6    Sənsə ürəkdə düzlüyün olmasını istəyirsən, Mənə daxilən hikmət öyrət.

7    Məni züfa ilə pak et, təmiz olum, Məni yu, qardan da ağ olum.

8    Mənə şadlıq, sevinc səsini eşitdir, Qırdığın sümüklərim xoşhallansın.

9    Üzünü tut, günahlarımı görmə, Bütün təqsirlərimi sil.

10   Ey Allah, məndə təmiz ürək yarat, Daxilimə yenidən sədaqət ruhunu ver.

11   Məni Öz hüzurundan atma, Müqəddəs Ruhunu məndən götürmə.

12   Xilasının sevincini mənə qaytar, İtaətkarlıq ruhu verib mənə dayaq ol.

13   Qoy Sənin yollarını qanunsuzlara öyrədim, Günahkarlar Sənə sarı dönsünlər.

14   Ey Allah, məni azad et, Qan tökmək təqsirindən məni qurtar, Dilim ədalətini mədh etsin.

15   Ey Xudavənd, Sən dilimi aç, Ağzımla Sənə olan həmdlərimi bəyan edim.

16   Sən qurbanlardan zövq almazsan, Yoxsa kəsərdim. Yandırma qurbanlarından razı qalmazsan,

17   Allaha məqbul olan qurban sınmış ruhdur, Sən sınan və peşman olan ürəyə xor baxmazsan, ey Allah!

18   Lütfünlə Siona yaxşılıq et, Yerusəlimin divarlarını bərpa et.

19   Onda doğru yolla təqdim edilən qurbanlardan, Bütöv yandırma qurbanlarından zövq alarsan. O zaman qurbangahında buğalar qurban kəsilər.


Psalms 50    Choose Book & Chapter    Psalms 52

Azeri is spoken by 7,189,000 people: 6,069,000 in Azerbaijan, 366,000 in Russia, 308,000 in Georgia, 161,000 in Armenia, 285,000 elsewhere.

You can also read the same passage in Azeri (Southern) using Persian/Arabic script.

Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). The Holy Bible (Old Testament & New Testament) Azerbaijani Latin. Copyright © 2010 Müqəddəs Kitab Şirkəti (Holy Book Company). Made with permission of the copyright owners.


Licensed to Jesus Fellowship. All Rights reserved. (Script Ver 2.0.2)
© 2002-2021. Powered by BibleDatabase with enhancements from the Jesus Fellowship.