Free Christian classic ebooks for you to download:
Browse books now

Multilingual Online Bible


Azeri (Northern)
Type your search text here






Choose a Bible


Select book or range
Chapter


Azeri (Northern), Zechariah 12

1    Bu xəbərdarlıq İsrail barədə nazil olan Rəbbin sözüdür: göyləri yayan, yerin təməlini qoyan, insanın içindəki ruha şəkil verən Rəbb belə bəyan edir:

2    «Bax Yerusəlimi ətrafındakı bütün xalqları səndələdən şərab dolu kasa edəcəyəm. Yerusəlim kimi Yəhuda da mühasirəyə alınacaq.

3    O gün Yerusəlimi bütün xalqlar üçün ağır bir daş edəcəyəm. Onu qaldıranların hamısı ağır yaralanacaq. Dünyanın bütün millətləri ona qarşı birləşəcək.

4    O gün hər atı dəhşətə, süvarisini dəliliyə düçar edəcəyəm» bəyan edir Rəbb, «Mən Yəhuda nəslinə göz qoyacağam, amma o biri xalqların bütün atlarını kor edəcəyəm.

5    Onda Yəhuda başçıları ürəklərində deyəcək: “Özlərinin Allahı Ordular Rəbbinin ucbatından Yerusəlimdə yaşayanlar mənim üçün qüvvə olub”.

6    O gün Yəhuda başçılarını odunların arasında yanan bir manqal, dərzlərin ortasında alovlanan bir məşəl kimi edəcəyəm. Hər tərəfdə – sağda və solda olan bütün xalqları yandırıb məhv edəcəklər. Yerusəlimlilər isə yenə öz şəhərlərində yaşayacaq.

7    Mən Rəbb əvvəlcə Yəhuda xalqının məskənlərini qurtaracağam. Ona görə ki Davud nəsli və Yerusəlimdə yaşayanlar Yəhudadan çox şərəfli olmasın.

8    Mən Rəbb o gün Yerusəlimdə yaşayanları qoruyacağam. O gün onların arasında ən gücsüz adam Davud kimi, Davud nəsli isə Allah kimi, onlara başçılıq edən Rəbbin mələyi kimi olacaq.

9    O gün Yerusəlimə hücum etmək üçün gələn bütün millətləri məhv etməyə çalışacağam.

10   Davud nəsli və Yerusəlimdə yaşayanların üzərinə lütf və yalvarış ruhunu tökəcəyəm. Onlar Mənə – bədənini deşdikləri şəxsə baxacaq və vahid oğluna yas tutan adam kimi ona yas tutacaq, ilk oğlu üçün dərd çəkən adam kimi dərd çəkəcək.

11   O gün Yerusəlimdə böyük matəm olacaq, Megiddo düzənliyində, Hadad-Rimmonda olduğu kimi böyük matəm olacaq.

12   Ölkədə hər nəsil öz içində yas tutacaq: Davud nəsli ayrı, qadınları ayrı, Natan nəsli ayrı, qadınları ayrı,

13   Levi nəsli ayrı, qadınları ayrı, Şimey nəsli ayrı, qadınları ayrı yas tutacaq.

14   Bütün qalan nəsilləri ayrı-ayrı, qadınları isə ayrı yas tutacaq.


Zechariah 11    Choose Book & Chapter    Zechariah 13

Azeri is spoken by 7,189,000 people: 6,069,000 in Azerbaijan, 366,000 in Russia, 308,000 in Georgia, 161,000 in Armenia, 285,000 elsewhere.

You can also read the same passage in Azeri (Southern) using Persian/Arabic script.

Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). The Holy Bible (Old Testament & New Testament) Azerbaijani Latin. Copyright © 2010 Müqəddəs Kitab Şirkəti (Holy Book Company). Made with permission of the copyright owners.


Licensed to Jesus Fellowship. All Rights reserved. (Script Ver 2.0.2)
© 2002-2021. Powered by BibleDatabase with enhancements from the Jesus Fellowship.