Free Christian classic ebooks for you to download:
Browse books now

Multilingual Online Bible


Azeri (Northern)
Type your search text here






Choose a Bible


Select book or range
Chapter


Azeri (Northern), Hebrews 1

1    Allah qədim zamanlarda dəfələrlə və müxtəlif yollarla əcdadlarımıza peyğəmbərlər vasitəsilə müraciət etmişdi.

2    Amma bu axır zamanda O bizə Oğul vasitəsilə müraciət etdi; Onu hər şeyin varisi təyin etmişdi və Onun vasitəsilə kainatı yaratmışdı.

3    Oğul Allahın izzətinin əksi və mahiyyətinin tam surətidir. O hər şeyi qüdrətli kəlamı ilə saxlayır. O, günahlardan təmizlənməni təmin edəndən sonra ucalarda möhtəşəm Allahın sağında oturdu.

4    Mələklərdən nə qədər üstün adı irs olaraq aldısa, o qədər onlardan üstün oldu.

5    Axı Allah mələklərin hansına nə vaxtsa «Sən Mənim Oğlumsan, Mən bu gün Sənə Ata oldum» yaxud «Mən Ona Ata, O isə Mənə Oğul olacaq» demişdir?

6    Yenə də Allah İlk Doğulanı dünyaya gətirəndə deyir: «Allahın bütün mələkləri qoy Onun qarşısında səcdə etsin».

7    Mələklər barəsində isə deyir: «Öz mələklərini küləklərə, Öz xidmətçilərini yanar oda döndərir!»

8    Amma Oğul haqqında bunu deyir: «Ey Allah, taxtın əbədilik, sonsuzadək qalır, Sənin şahlıq əsan insaf əsasıdır.

9    Salehliyi sevib qanunsuzluğa nifrət etmisən. Ona görə Allah, Sənin Allahın Sevinc yağı ilə Yoldaşlarından çox Səni məsh edib».

10   Yenə deyir: «Ya Rəbb, Sən yerin təməlini əzəldən qurmusan, Göylər Sənin əllərinin işidir!

11   Onlar yox olacaq, amma Sən qalacaqsan, Hamısı paltar kimi köhnələcək,

12   Onları geyim kimi bükəcəksən, Onları paltar kimi dəyişdirəcəksən. Amma Sən dəyişməzsən, İllərin tükənməzdir».

13   Lakin Allah mələklərin hansına nə vaxtsa «Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək Sağımda otur» demişdir?

14   Bütün mələklər xilası irs olaraq alacaq şəxslərə xidmət etmək üçün göndərilən xidmətçi ruhlar deyilmi?


Philemon 1    Choose Book & Chapter    Hebrews 2

Azeri is spoken by 7,189,000 people: 6,069,000 in Azerbaijan, 366,000 in Russia, 308,000 in Georgia, 161,000 in Armenia, 285,000 elsewhere.

You can also read the same passage in Azeri (Southern) using Persian/Arabic script.

Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). The Holy Bible (Old Testament & New Testament) Azerbaijani Latin. Copyright © 2010 Müqəddəs Kitab Şirkəti (Holy Book Company). Made with permission of the copyright owners.


Licensed to Jesus Fellowship. All Rights reserved. (Script Ver 2.0.2)
© 2002-2021. Powered by BibleDatabase with enhancements from the Jesus Fellowship.